“Qarabağ” udsa, çempionluğu indidən bayram edə bilər” – Vaqif Sadıqov

“Qarabağ” udsa,  çempionluğu indidən bayram edə bilər” – Vaqif Sadıqov
ÖLKƏ FUTBOLU 19 Fevral 2017 / 13:14 8195
-  A +

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Topaz Premyer Liqanın 19-cu turunda bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Qol.az saytına açıqlamasında o bildirib ki, bugünkü görüş çempionatın həlledici qarşılaşması olacaq. “Mənim fikrimcə, “Qarabağ” udsa, çempionluğu indidən bayram edə bilər. Ümumiyyətlə, hesab edirəm ki, Ağdam klubunun qalib gələcəyi halda çempionatda intriqa öləcək. Onlar turnir cədvəlində əlçatmaz olacaq. Komandalar arasında 6 xallıq fərq yaranacaq ki, son 9 turda da bu fərqi aradan götürmək, demək olar, mümkünsüz görünəcək. Hər halda, bu gün hər iki komandanı gərgin, mübariz bir oyun gözləyir. Bunu “Qarabağ” və “Qəbələ” yaxşı başa düşür.  Yox, əgər “Qəbələ” qalib gəlsə və ya görüş heç-heçə yekunlaşsa, bu halda Premyer Liqada intriqa daha da artacaq”.

Vaqif Sadıqov bildirib ki, bu gün hər iki komandanın ifasında gözəl bir oyun gözləyir: “İnanıram ki, bu matça hər hansı kənar təsirlər olmayacaq. Arzu edirəm, güclü olan qalib gəlsin və azarkeşlər bu matçdan zövq alsın”.

Vaqif Sadıqov matça baş hakim kimi Fariz Yusifovun təyinat almasına da toxunub: “Son turlar hakimliklə bağlı səhvlər çox olub. Mən inanıram ki, bu gün həmin səhvlər təkrarlanmayacaq. Fariz Yusifov ən təcrübəli hakimlərimizdəndir. Təyinat zamanı bu amil nəzərə alınıb. Mən onun matçı qərəzssiz, vicdanlı idarə edəcəyinə inanıram. Hər halda, o özü də bu görüşün nə qədər məsuliyyətli olduğunu dərk edir”.

Xatırıadaq ki, “Qəbələ” – “Qarabağ” oyunu bu gün saat 17.30-da başlanacaq. 18 turdan sonra “Qarabağ” 42 xalla 1-ci, “Qəbələ” 39 xalla 2-ci yeri tutur.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı