Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016

Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Qalatasaray" "Fənərbaxça"ya çatdı

Yazarlar
 “Səbail” yaşasın, “Turan” dağılsın?
Aydın BAĞIROV
 Rauf Əliyevin son şansı...
Anar Şabanoğlu
 Olmayan Ağdam və olan Tovuz…
Aqil Abbas
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
Millimizin mükafatlandırma mərasimindən - Şəkillər
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Azərbaycan futbolunda ilk dəfə - “Qarabağ”ın ÇL-də işi asanlaşır
“Daha övladı olmayacaq” – Ronaldonun anası
Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi
ÇL-in qrupunda birbaşa oynayacaq 22 komanda - siyahı
Linklər
525ci Qəzet

“Kəpəz” AFFA-ya saxta görüntülər vermişdi, “Neftçi”nin etdiyi isə təxribat idi”
A A A

[19.02.2017]
“Kəpəz” AFFA-ya saxta görüntülər vermişdi, “Neftçi”nin etdiyi isə təxribat idi”

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unuldulmur!

Vidadi Əhmədov Tovuzun “Turan” klubunun yaradıcısı və uzun illər bu klubun sponsoru olmuş şəxsdir. “Azərbaycan futbol tarixi: heç kim və heç nə unuldulmur” adlı layihəmizin budəfəki müsahibi kimi məhz onu seçdik.

O,  komandanın yaranma tarixindən, ilk çempionluğundan, avrokuboklardakı iştirakından və digər maraqlı məqamlardan danışıb:


- Vidadi müəllim, çoxdandır sizdən səs-soraq yoxdur. Futboldan uzaq qalmısınız?

- Fəaliyyət  olaraq  futboldan uzaq sayılıram.

- Çempionat oyunlarını da izləmirsiniz?

- Yox, niyə ki, çempionat oyunlarını mətbuat vasitəsi ilə izləyirəm. Eyni zamanda televiziyadan oyunlara da baxıram. Xüsusilə də “Turan Tovuz”un nəticələri ilə maraqlanıram.


“Çempionluq olmaq istəyən klub üçün 350 min dollarlıq büdcə lazım idi”



- Söhbət “Turan Tovuz”dan düşmüşkən, keçək mövzuya. Siz Tovuz futboluna, “Turan”a bağlı bir insansınız. “Turan” deyəndə ağla gələn ilk insanlardan olursunuz. Necə oldu ki, bu komandanı götürdünüz və onun prezidenti oldunuz?

- 1991-ci ilin payızı idi. O dövrlər Tovuzu “Məsul” komandası təmsil edirdi. Həmin vaxt iki nəfər Tovuzdan mənim yanıma gəlmişdi.  Onlardan biri Nizaməddin Qəmbərov idi. Bildirdilər ki, yeni komanda yaratmaq və onlara maddi tərəfdən yardım etməmi istəyirlər. Yoldaşlıq görüşləri üçün digər rayonlara gedirdilər ki, bunun üçün də nəqliyyat, yol xərci lazım idi. O vaxt imkanım yaxşı idi. Ona görə də komandanı himayəmə götürməyə razılıq verdim. Sonra elə oldu ki, sənədləşmə işlərini gördük və komanda “Turan” adı ilə peşəkar klub kimi rəsmən qeydiyatdan keçdi. Onu da deyim ki, “Turan” Azərbaycanın ilk müstəqil peşəkar klubudur. O vaxt digər komandalar olsa da, onların hər biri hansısa idarə və təşkilatın tabeçiliyində idi. “Turan” isə ilk dəfə Ədliyyə Nazirliyindən peşəkar futbol klubu kimi qeydiyatdan keçib.

- Bizdə olan məlumata görə, ilk dəfə sizə müraciət olunanda birdəfəlik yardım etməyə razılıq vermisiniz. Sonradan necə oldu ki, fikrinizi dəyişib daimi sponsor olmağa razılaşdınız?

- Razılıq verməmişdim deyəndə ki, sadəcə, soruşdum ki, bir dəfə mən yardım elədim, sonra necə olacaq? Amma sonra özüm də fikirləşdim ki, komandaya sponsorluq etsəm daha yaxşı olar. İdmana bağlı insanam. Uşaqlıqdan futbolla, voleybolla məşğul olmuşam. Özüm də tovuzluyam. O dövr imkanım da var idi. Həm də həmin dövrdə müharibə gedirdi, müxtəlif söhbətlər gəzirdi ki, digər rayonlar, o cümlədən Tovuz da işğal olunacaq. Bildiyiniz kimi, Toviz da cəbhəyanı rayondur. Düşündüm ki, əgər orda iddialı komanda yaradıb güclü futbolçuları da Tovuza dəvət etsək, rayon əhalisi arasında da ruh yüksəkliyi yaranar.

- Həqiqətən də həmin dövrlər “Turan”ın heyəti çox güclü idi. 1993-94-cü il mövsmündə çempion adını qazanmışdınız. Maraqlıdır, komandanın büdcəsi nə qədər idi?

- Belə deyək də, dollarla hesablasaq normal komanda saxlamaq üçün 200-300 min dollar büdcə bəs edirdi. Amma çempionluq üçün daha artıq, məsələn 350 min dollar lazım idi. Bizim büdcə də bu civarlarda idi.

- Futbolçularınıza nə qədər maaş verirdiniz?

- İlk növbədə həvəsləndirici para,  “podyomnı” verirdik. O vaxt manatın dəyəri elə də yüksək olmadığı üçün futbolçulara pulları dollarla verirdik. 10 min verdiyimiz də var idi, 15 min verdiyimiz də. Həmin vaxt üçün yüksək məbləğ sayılırdı. Hətta digər klublar bunu narazılıqla qarşılamışdılar və bizə bildirmişdilər ki, futbolçulara bu qədər çox pul verməklə düz iş görmürsünüz. Bundan sonra özləri də güclü futbolçuları heyətlərinə qatmaq üçün yüksək məbləğlər ödəməyə başladılar. Belə demək mümkünsə, həmin vaxt futbolçulara yüksək məbləğdə pulların verilməsinin əsasını biz qoymuşduq.

“Ruslan Abdullayevin xarakterində bəzi çatışmazlıqlar vardı”


- Deyilənə görə,  heyətinizə cəlb etdiyiniz futbolçularla şəxsən özünüz görüşüb söhbət edirdiniz. Hətta Musa və Qurban Qurbanov qardaşları ilə danışmaq üçün Zaqatalaya getmişdiniz...



Qurbanov qardaşları


- Əslində ilk olaraq ölkə xaricində legioner həyatı sürən futbolçuları klubumuza cəlb etdik. Məsələn, Vidadi Rzayevi “Terek”dən “Turan”a gətirdik. Tərlan Əhmədov özü də Qroznıya getmək istəyirdi, onu da fikrindən daşındırdıq. O ki qaldı Qurbanov qardaşlarına, onlar Zaqatala komandasında oynayırdılar. Eşitdik ki, Gürcüstanın hansısa komandasından təklif alıblar və ora yollanmağa hazırlaşırlar. Danışıq aparıb onları da “Turan”a gətirdik. Bu keçiddə əsas rolu isə rəhmətlk Ruslan Abdullayev oynadı. Çünki komandanın baş məşqçisi idi və bizə demişdi ki, orta və hücum xəttini tam gücləndirmək üçün bu cür taran tipli futbolçular lazımdır. Daha sonra isə məhz Musa ilə Qurbanı almağımızı istəmişdi. O vaxtdan da bu iki qardaşla yaxşı münasibətlərimiz yarandı və bu günə qədər də davam edir.

- 1993-94-cü il mövsümündə komandanın qarşısına çempionluq məqsədi qoyulmuşdu, yoxsa mövsümün gedişində buna nail olmağın mümkünlüyünü gördünüz?

- Yox, elə mövsümün əvvəlində qarşıya hədəf kimi çempionluq qoyulmuşdu. Çünki güclü heyətimiz var idi və Ruslan Abdullayev də dedi ki, çempionluğa oynaya bilərik. 

- Amma mövsümün əvvəlində Abdullayevlə yolları ayırdınız. Nə baş verdi, niyə Ruslan Abdullayev “Turan”dan getdi?

- Ruslan müəllim güclü məşqçi idi. Amma xarakterində bəzi çatışmazlıqlar vardı. Ona görə də bir çox adamla yola getmirdi. Özü də gəlib etiraf etmişdi ki, çempion ola hilər, amma bəzi şəxslər məhz ona görə komandaya mane olacaq. Bu səbəbdən də getmək istəyir ki, ona görə kimlərsə komandanın çempionluğuna əngəl yaratmasın. Abdullayevin gedişindən sonra baş məçqçi vəzifəsinə Kazbek Tuayevi gətirdik. Abdullayevdən fərqli olaraq, Tuayev daha qətiyyətli məşqçi idi. Onun gəlişindən sonra ikinci dövrdə cəmi bir oyunda heç-heçə oynadıq, qalan bütün oyunları udduq. Çempionluğa əsas iddialılar “Kəpəz”lə “Qarabağ” idi, onların da hər ikisini səfərdə udmuşduq.

- O dövrün mükafat fondu da maraq doğurur. Çempion ola ili “Turan” futbolçuları nə qədər mükafat aldılar?

- Çempion olandan sonra hər futbolçuya 4-6 min dollar arası mükafat vermişdik.


“Polis rəisi hakimlərə qonorar verirdi ki, oyunu yaxşı idarə etsinlər”



- Həmin dönəmlər ölkə çempionatının xaoslu vaxtları idi. Xüsusilə də bölgələrdə hakimlər və qonaq komandalar böyük təzyiqlərlə üzləşirdi. Belə bölgələrdən biri də Tovuz idi...

- Razıyam, hakimlərə təzyiqlər olurdu. Amma sizə bir söz deyim ki, o vaxt Tovuzun polis idarəsinin rəisi öz cibindən hakimlərə qonorar verirdi ki, oyunu yaxşı idarə eləsinlər. O vaxt hakimlərin şəraiti, qazancı indiki kimi deyildi. Hətta mən özüm AFFA-ya təklif etmişdim ki, bizim imkanımız var və hakimlərin qonorar məsələsində federasiyaya yardım edə bilərik.

- Amma o zaman da hakimlər “Turan”a “işləməyə”məcbur olacaqdı axı. Çünki qonorarını sizdən alacaqdı...

- Yox, biz o pulu yardım üçün verəcəkdik. Yəni hakimlərin qazancı artıq olsun və onlarda oyunları daha ədalətli idarə etmək üçün stimul yaransın.

- O dövrlər oyun alqı-satqıları da çox olurdu. Sizcə, “Turan”ın futbolçularından bu cür işlərə gedən olub?

- İnanmıram. Bizim komandaya qarşı elə təkliflər olmayıb ki, oyunu sataq, yaxud oyun alaq.

- Az öncə bölgələrdəki oyunların gərginliyindən, hakimlərlə bərabər qonaq komandalara qarşı olan təzyiqlərdən danışdıq. “Neftçi” ilə qalmaqallı oyununuzu xatırlayaq. Çempion olduğunuz mövsüm bu komanda ilə Tovuzdakı oyunun ilk hissəsində “Neftçi” 1:0 üstün idi. Lakin fasilədən sonra böyük təzyiq hesabına iki top vurub qalib gəlmişdiniz. Hətta 1:1-dən sonra rəqib etiraz əlaməti olaraq meydançanı tərk edən zaman azarkeşləriniz “Neftçi” futbolçularına hədə-qorxu gələrək, onları zorla meydançaya qaytarmışdı. Rəqib də topu sizə verib kənara çəkilmiş və ikinci qolu vurmağınıza könüllü imkan yaratmışdılar. Beləliklə də 2:1 hesabı ilə qalib gəlmişdiniz. Həmin vaxt nə baş vermişdi?

- Bu, “Neftçi”nin təxribatı idi. Həmin oyundan bir tur öncə biz Gəncədə “Kəpəz”ə qalib gəlmişdik. Lakin bununla bərabər, bizi Gəncədə möhkəm döymüşdülər. İstəyirdilər ki, həmin qalmaqala görə bizi günahkar çıxarıb çempionluğu “Kəpəz”ə versinlər. “Neftçi” də bu məsələdə öz maraqları üçün çalışırdı. Bizim “Kəpəz”lə oyunumuzun yenidən keçirilməsini istəyirdilər. “Kəpəz” hətta saxta videogörüntülər düzəldib AFFA-ya təqdim etmişdi ki, guya əslində qələbə onların haqqı idi. Lakin həmin oyunu gizli olaraq biz özümüz də çəkmişdik. Buna görə də əsl videogörüntünü ortaya qoyub “Kəpəz”in də saxtakarlığını sübut elədik və oyunun yenidən keçirilməsinə imkan vermədik. “Neftçi” də bu baş verənlərdən sonra təxribat yaradıb sübut etmək istəyirdi ki, guya biz tərəfdən rəqiblərə təzyiqlər olur.

- Amma bu da faktdır ki, sizin azarkeşləriniz “Neftçi” futbolçularının qarşısını kəsib onları zorla geri qaytarmışdılar...

- Orda hədə-qorxu olmamışdı. Sadəcə, “Neftçi” futbolçularına deyilmişdi ki, gəlmisiniz, sona qədər də futbol oynayın, meydandan yarımçıq çıxmayın.


"Biz "Fənərbaxça"dan geri qalmırdıq"



"Turan" - "Fənərbaxça" oyunu



- Çempion olub ölkəmizi ilk dəfə avrokuboklarda təmsil etsəniz də, debütünüz uğursuz alındı. “Fənərbaxça”ya böyük hesabla məğlubiyyətin səbəbini nədə görürsünüz?

- Sırf təcrübəsizlikdə. Ustalıq baxımından rəqibdən elə də geri qalmırdıq. Oyunun videogörüntülərinə də baxsanız görərsiniz ki, bizim də xeyli qol imkanımız olub. Lakin qola çevirməyə təcrübəmiz çatmamışdı. Rəqib həmin vaxt çox güclü idi və Türkiyə futbolunun nəhəngi idi. Həm də bizə vurulan qollara baxın, bir epizodda qapıçımız canlı sədd qurmağa çalışdığı zaman rəqib cərimə zərbəsindən qol vurur. Yəni bu cür futbol bicliklərini biz bilmirdik.

- Sonradan AFFA və bu qurumun prezidenti Fuad Musayevlə münasibətləriniz korlandı. Bunun səbəbi nə olmuşdu?

- O vaxtlar çox şeylər olub və illər sonra yenidən həmin olanlara qayıtmaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, mövqelərimiz üst-üstə düşmürdü.

- Konkret hansı məsələlərdə?

- Transferlərdə, hakimlik məsələsində və s. Müəyyən maneələr var idi.

- “Fənərbaxça” ilə oyunun yayım hüququnu AFFA sizin əlinizdən almışdı?

- O məsələ bir az başqa cür olmuşdu. Burdakı oyunu başqa telekanal yayımlamalı idi. Onlar yayım üçün 40 min dollar təklif edirdi. Lakin sonradan “Cine5” telekanalı oyunu yayımlamaq istəyini bildirdi və yayım üçün 60 min dollar təklif etdi. AFFA danışıqlarda iştirak elədi. Amma həmin 60 minin 1 qəpiyinə də toxunmadılar və hamısını bizə verdilər.


"Pulum azaldı, "Turan"ı təhver verdim"


- “Turan”da niyə getdiniz?

- Uzun illər komandaya təkbaşına baxdım, öz vəsaitimi xərclədim. Hər kəs də bilir ki, bizdə futboldan qazanc yoxdur. Ancaq xərcləyirsən. Pulum olan vaxtları xərclədim. Sonra elə oldu ki, mənim də pulum azaldı. Əlavə kömək də yox idi. Həm digər işlərim var idi deyə, başım ora qarışmışdı. Ona görə də komandanı Tahir Yusifova təhvil verib getməyə qərar verdim. Əsas niyyətim də o idi ki, komanda yaşasın, Tovuzda daim futbol olsun.

- Amma sizin əmanətinizi qoruya bilmədilər. “Turan” öz adını və elitadakı yerini itirdi...

- Onsuz indi də hamı üçün komandanın adı “Turan”dı. Sadəcə, borca görə ad dəyişikliyinə gedildi. Məcburi addım idi və mən bunu düzgün yol sayıram.

- Amma komanda AFFA-nın nəzarətindədir...

- Mən buna görə federasiyanı qınamıram. Əksinə, indiki halda AFFA-ya sağ ol demək lazımdır ki, sponsorların yaxın durmadığı vaxta komandanı dağılmağa qoymadı və öz maliyyəsi hesabına Tovuzda futbolu yaşadır.

- Tovuz stadionunun süni örtüklən əvəzlənməsinə münasibətiniz necədir?

- Bax buna çox pis baxıram. Çünki biz o vaxt o stadionu alıb klubun adına keçirmək üçün çox əziyyət çəkdik. Həmin stadion “Məsul” cəmiyyətinin balansında idi. Biz öncə oranı icarəyə götürdük. Sonra isə tamamilə alıb klubun öz stadionu eləmək qərarına gəldik. “Məsul” cəmiyyətinin Respublika üzrə rəhbəri ilə görüşdük. O, əvvəl stadionu bizə vemək istəmirdi. Düşünürdü ki, yəqin futbol adına stadionu alıb biznes maraqları üçün istifadə edəcəyik. Onu da götürüb maşında Tovuza yollandıq. Stadiondan əvvəl onu şirkətimizin rayondakı ofisinə apardım. Apardım görsün ki, bizim özümüzün biznesimiz, gəlirimiz, arıca ofisimiz var. Özü də ofisi görüb dedi ki, sizin biznesiniz var da, stadionu neynirsiniz (gülür). O adam son ana qədər elə bilirdi ki, biz stadionu şəxsi maraqlarımız üçün istəyirik. Ona Tovuzda da başa saldıq ki, başqa maraq üçün stadiona ehtiyacımız yoxdur. Bizim hər şeyimiz var və stadionu da sırf futbol üçün almaq istəyirik. Ondan sonra stadionun bizə verilməsinə razılıq verdi. Düzdür, həmin ərəfədə “Məsul”un rayon nümayəndəliyi stadionun bəzi ərazilərini müəyyən şəxslərə vermişdi, amma o vaxt icra başçısı işləyən Tofiq Zeynalovun köməyi sayəsində həmin adamlar stadiondan çıxarıldı. Beləliklə, stadion tamamilə “Turan” klubuna verildi. İndi oranın süni edilməsi ən asan yola qaçmaqdan irəli gəlir. Çünki süni ota ciddi qulluq lazım deyil. Amma təbii ot qulluq, əziyyət tələb edir.

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

3046 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
25.05.2017  15:05 "Bizdən pula görə gedib, “Neftçi” və “Qəbələ”dən təklif alıb"
23.05.2017  12:34 AFFA U-18 millisini yüksək liqaya necə buraxdı?
19.05.2017  14:53 "Almeydaya elə şərait yaradırıq ki, millidə sıxılmasın" - Qara Qarayev
16.05.2017  12:41 Ehtiyat forması olmayan millimiz – ilk rəsmi oyunumuza “səyahət”
08.05.2017  14:30 "Sona qədər “Qarabağ”da qalan yalnız mən oldum"
04.05.2017  14:33 “Ev oyunlarımızı AZAL-ın stadionunda keçirməyəcəyik” – Ayxan Abbasov
01.05.2017  15:05 Bütün sərvətini "Neftçi"nin yolunda qoyan və klubun unutduğu iş adamı
23.04.2017  20:58 Qara Qarayev: “Neftçi”yə keçsəm...”
14.04.2017  15:30 "Premyer Liqada oynamaq üçün maneə görmürəm" - Əsgər Abdullayev
10.04.2017  14:00 "Çempionluq üçün 5-10 faiz şansımız qalıb" - Rəşad Sadiqov
10.04.2017  09:42 "Xaricə getmək haqda düşünürəm" - Qara Qarayev
10.04.2017  00:30 “Qarabağ”ı dəstəkləmək üçün Bakıya qayıdacam” – Zabit Səmədov
03.04.2017  15:53 “AZAL-da pulsuz-parasız oynayıram” – Rəşad Abdullayev
30.03.2017  14:48 “Qarabağ” pula yox, qeyrətə görə oynayırdı” – Aqil Abbas
27.03.2017  14:45 "Bir xala çox ümid edirdik" - Cavid Hüseynov
27.03.2017  02:15 “Prosineçki uşaq səhvləri etdiyimizi dedi” - Rəşad Sadıqov
27.03.2017  01:23 “İkinci qolu heç nədən buraxdıq” - Qara Qarayev
19.03.2017  21:07 “Qəbələ” üçün xüsusi hazırlaşmayacağıq” – Ayxan Abbasov
15.03.2017  18:31 “Hələ ki, “Qarabağ”ın bəyəndiyi futbolçu yoxdur” – Əmrah Çəlikəl
10.03.2017  18:24 “Üçün vuracaqlar, beşin vuracaqlar” demək lazım deyil" - Qara Qarayev
 
 
  30.05.17
11:18
  “Azərbaycanla oyunda üç xal qazanmalıyıq” - Qaret Makoli
10:57
  Tom Kruz "Atletiko"nun yeni stadionunda - Şəkillər
10:30
  Klublarımızın yay transferləri - Yenilənir
10:11
  "Borussiya" baş məşqçisini istefaya göndərir
09:45
  "Volfsburq" bundesliqada qaldı
01:20
  "Qalatasaray" 3 qolla qalib gəldi - Video
01:00
  "Qəbələ"də 8 ayrılıq - rəsmi
00:35
  "Qalatasaray" "Fənərbaxça"ya çatdı
00:01
  "Qarabağ" qrup ikincisi oldu
  29.05.17
22:30
  45 ildən sonra Premyer Liqada
21:45
  "Barselona"da yeni baş məşqçi - rəsmi
21:05
  "Favorit "Real"dır" - Alleqri
20:30
  2022-ci ilə qədər "Roma"da
19:50
  Şimali İrlandiya millisi Bakıya 25 futbolçu ilə gəlir
19:21
  Ronaldonun bu mövsüm vurduğu qollar - Video
18:40
  Co Hart “Mançester Siti”yə qayıtdı
18:12
  Stadionda faciə - 4 nəfər öldü
17:06
  "Barselona"da yeni müqavilə
16:35
  "Azərbaycanla oyunda şərtlər lehimizə deyil"
16:17
  La Liqa klubunda istefa
15:40
  "Qəbələ"dən 5 cavabsız qol
14:48
  "Barselona"nın yeni forması - Şəkillər
14:21
  Rəşad Sadiqovun yeni klubu müəyyənləşdi
13:57
  "Qəbələ" 4-cü oldu
13:15
  Günün canlı oyunları - Etopaz-da
12:37
  "Mançester Yunayted" qərarını dəyişdi - onu satmır
12:06
  "Barselona" prezidenti söz verdi - yeni transferlərə
11:50
  Messinin bu mövsüm vurduğu qollar - Video
11:35
  Azar "Çelsi"nin ən yaxşı oyunçusu seçildi
11:25
  ÇL-in qrupunda birbaşa oynayacaq 22 komanda - siyahı
11:09
  “CBC Sport” onunla yolları ayırdı – açıqlama
11:02
  Ramil çempionluğu belə bayram etdi – Video+şəkillər
10:51
  "Selta"da yeni baş məşqçi - Enrikenin köməkçisi
10:39
  70 min azarkeş Totti forması geyindi, əfsanəni yola saldı – Şəkillər
10:18
  Onlar "Çelsi"ni tərk edə bilər
10:04
  4-cü dəfə "Qızıl buts"un sahibi oldu
09:45
  "Napoli" 4 qolla qalib gəldi - Video
02:00
  Portuqaliya kubokunu qazandılar
01:25
  Uord millimizlə oyunu buraxacaq
00:30
  "Beşiktaş"ın çempionluq oyunu - Video
00:01
  Tottinin göz yaşları - Video
  28.05.17
21:55
  “Beşiktaş” çempion!
21:38
  “Zenit” Luçeskunu qovdu – rəsmi
19:48
  Luis Enrike bundan sonra nə edəcək?
18:40
  6 həftəlik sıradan çıxdı - “Barselona” açıqladı
18:10
  “Zenit” Mançini ilə danışıqlar aparır
17:45
  “Qarabağ” və “Qəbələ”nin uşaq komandası Tiflisdə
15:53
  “İnter”in sabiq baş məşqçisi Çexiyada
15:20
  "Qəbələ"də bizə olan münasibət xoşuma gəlmirdi" – Ruslan Fomin
15:01
  “Zirə” fransalı futbolçunu göndərdi
14:36
  6 ay oynamaya bilər - “Borussiya”da ciddi itki
14:10
  “Daha övladı olmayacaq” – Ronaldonun anası
13:17
  Pol Poqba Məkkədə - Video
13:02
  Ərdoğan “arena olmaz" dedi - 4 stadionun adı dəyişdi
12:37
  “Beşiktaş” bu gün çempion ola bilər – bir qələbə yetər
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore