"Qəbələ" "Qarabağ"ı udub liderliyə yüksəldi

"Qəbələ" "Qarabağ"ı udub liderliyə yüksəldi
PREMYER LİQA 19 Fevral 2017 / 19:21 17281
-  A +

Bu gün Topaz Premyer Liqada 19-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, bu gün daha 2 matç keçirilib.

Əsas diqqətlər Qəbələyə yönəlib. Burada çempionluğa iddialı 2 komanda üz-üzə gəlib. Meydan sahibləri qalib gələrək "Qarabağ"la xalları bərabərləşdirib. Şəxsi göstəricidə “Qəbələ” daha üstün olduğundan (2:0, 1:2, 2:0) liderliyə yüksəlib.

Turun digər oyununda "Sumqayıt" öz meydanında çempionatın autsayderi AZAL-ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.


19 fevral (bazar)


17:30.“Qəbələ” – “Qarabağ” - 2:0

Qol:
Sergey Zenyov, 29, Filip Ozobiç, 69
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
Qəbələ şəhər stadionu


15:30.“Sumqayıt” - AZAL - 1:0
Qol:
Yusif Nəbiyev, 13
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
"Kapital Bank Arena"



18 fevral (şənbə)

“Neftçi” – “Kəpəz” - 0:0
Hakimlər:
Rauf Cabbarov, Nahid Əliyev, Rahil Ramazanov, Əliyar Ağayev
8-ci kilometr qəsəbə stadionu

"İnter” – “Zirə” - 1:1
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"


N Klublar O Q H M T-F X
1 Qəbələ 19 12 6 1 38-10 42
2 Qarabağ 19 13 3 3 32-10 42
3 İnter 19 8 9 2 30-19 33
4 Sumqayıt 19 6 7 6 20-23 25
5 Zirə 19 6 5 8 17-21 23
6 Neftçi 19 5 2 12 14-33 17
7 Kəpəz 19 3 7 9 12-22 16
8 AZAL 19 1 5 13 8-33 8

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 11 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol


Son xəbərlər