"Nəticə ədalətlidir" - Svanadze

"Nəticə ədalətlidir" - Svanadze
ÖLKƏ FUTBOLU 18 Fevral 2017 / 18:13 1619
-  A +

"Çətin oyun oldu. Çünki hər iki komanda müəyyən taktiki sxemlə oynayırdı. Baxımlı oyundan çox meydandakı mübarizə ön planda oldu. “Qarabağ”la matçda daha yaxşı oynamağa çalışacağıq".

Qol.az-ın məlumatına görə, bu sözləri Bakı "İnter"inin baş məşqçisi Zaur Svanadze Topaz Premyer Liqanın 19-cu turunda "Zirə" ilə bərabərə qaldıqları görüşdən (1:1) sonra deyib.

Gürcü mütəxəssis nəticəni ədalətli hesab edib: "Onlar 10 nəfər qaldıqdan sonra geriyə çəkildilər və bizə bundan sonra oynamaq çətin oldu. Nəticə ədalətlidir".

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord