Kamran "Boavişta"dan gedir: "Məlumdur ki, ehtiyatda oturacam"

Kamran "Boavişta"dan gedir: "Məlumdur ki, ehtiyatda oturacam"
ÖLKƏ FUTBOLU 18 Fevral 2017 / 12:41 7161
-  A +

Bu gün Portuqaliya çempionatında 22-ci turun oyunları keçiriləcək. Qol.az-ın məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Feyrenşe" ilə qarşılaşacaq.

“Benfika” ilə 17-ci turun oyununda qırmızı vərəqə alan Kamran Ağayevin 3 matçlıq cəzası bitsə də, onu son turda “Braqa” ilə oyunda görə bilmədik. “CBC Sport”a açıqlama verən millimizin qolkiperi bugünkü oyunda da meydana çıxmaq şansının az olduğunu deyib:

“Oynayıb-oynamayacağımı bilmirəm. Hətta “18-liy”ə düşəcəyim də sual altındadır. Çünki ağrılarım var, normal məşq edə bilmirəm. Ona görə də bir müddət heyətdən kənarda qala bilərəm. Bir az toparlanmağım lazımdır.

K.Ağayev hazırda qapıda dayanan Vaqner da Silvanı əvəzləyəcəyinin çətin olduğunu bildirən Ağayev yayda “Boavişta”nın ayrılacağına işarə vurub: “Yayda “Boavişta” ilə müqaviləm bitir. Təbii ki, müqaviləmi artırmaq istəmirəm. Oynamağım çox çətin olacaq. Bununla razılaşmaq istəmirəm. Mübarizə aparacam. Ancaq məlum məsələdir ki, ehtiyatda qalacam. Sırf oynamağıma görə də klubla müqaviləmi artırmaq fikrim yoxdur.

Yığmamızın qapıçısı “böyük beşlik” ölkələri klublarının birindən təklif aldığını ancaq "Boavişta"nın buna görə çox pul istədiyini deyib: “Transfer pəncərəsi açıq olanda yaxşı komandalardan təkliflər var idi. Sadəcə, reallaşmadı. “Boavişta”dan ayrılmağımda problem yarandı. Klub transfer qiymətimi kifayət qədər çox qoymuşdu. Ona görə komandamı dəyişə bilmədim". 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı