Futbolumuzun rəhbərləri Qəbələdəki matça getmirlər - “Adi oyundu”

Futbolumuzun rəhbərləri Qəbələdəki matça getmirlər - “Adi oyundu”
ÖLKƏ FUTBOLU 17 Fevral 2017 / 13:49 2840
-  A +

Topaz Premyer Liqanın 19-cu turunun “Qəbələ” – “Qarabağ” oyununu AFFA və PFL rəhbərliyindən heç kim stadionda canlı izləməyəcək.

Bu haqda Qol.az saytına AFFA və PFL-dən bildirilib.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu Qol.az saytına bildirib ki, qurumun prezidenti Rövnəq Abdullayev oyun günü Azərbaycanda olmayacaq. “Baş katib Elxan Məmmədova gəlincə, onun da bu matçı Qəbələdə izləməsi nəzərdə tutulmayıb. Bu, çempionatımızın adi oyunlarından biridir. Ümumiyyətlə, AFFA rəhbərliyinin Premyer Liqanın görüşlərini stadiondan izləməsi ilə bağlı hallar azdır” – deyə M.Nərimanoğlu bildirib.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də “Qəbələ” – “Qarabağ” oyununu stadiondan izləməyəcək. Bu haqda Qol.az-a PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. “PFL üçün çempionatımızın bütün oyunları eyni səviyyədədi. Hansısa fərq qoymuruq. Ramin müəllim bu turun görüşlərini televiziyadan izləyəcək. Tur bir oyundan ibarət deyil”.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq