"Qarabağ"la oyunda hakim səhv qərar verməyə cürət etməz"

"Qarabağ"la oyunda hakim səhv qərar verməyə cürət etməz"
ÖLKƏ FUTBOLU 17 Fevral 2017 / 12:31 2357
-  A +

"Bizim üçün vacib oyun olacaq. Ancaq tək bu qarşılaşma ilə çempionun kimliyi bəlli olmaz. Hələ qarşıda oyunlarımız var".

Bu sözləri Qol.az saytına açıqlamasında "Qəbələ"nin futbolçusu Asif Məmmədov deyib.

Topaz Premyer Liqanın 19-cu turunda "Qarabağ"la keçiriləcək oyun haqda danışan yarımmüdafiəçi onları yalnız qələbə qane etdiyini bildirib:"Həmişə olduğu kimi, bu oyunda da meydana qələbə üçün çıxacağıq. Bizdə də itkilər var, “Qarabağ”da da.  Ümid edirəm ki, bu itkilərin bizə təsiri olmayacaq".

Son zamanlar hakimlər kobud səhvləri ilə gündəmdədir. Asif Məmmədovun fikrincə "Qarabağ"la oyunda hakimlər qərəzli qərar verə bilməyəcək: "Düşünürəm ki, bu oyunda hakim bilərəkdən səhv qərar verməyə cürət etməz. Çünki bütün Azərbaycanın gözü bu oyunda olacaq".

A.Məmmədov bir neçə gün əvvəl əməliyyat olunduğundan bu qarşılaşmanı buraxmalı olacaq. O, fevralın 21-dən məşqlərə başlayacağını deyib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı