Topaz Premyer Liqanın təqvimində dəyişiklik

Topaz Premyer Liqanın təqvimində dəyişiklik
PREMYER LİQA 17 Fevral 2017 / 11:20 3598
-  A +

Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib.
 
Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisinin martın 7-9-da Qətərin paytaxtı Dohada toplanış keçirməsi səbəb olub.
 
AFFA Peşəkar Futbol Liqasına müraciət edərək bu səbəbdən Premyer Liqanın XXII turunda dəyişiklik edilməsini xahiş edib.  Milli komanda amilini nəzərə alan PFL də bununla bağlı qərar verib.
 
Qərara əsasən XXII turunun “Kəpəz” – “Zirə” və “İnter” – “Sumqayıt” matçları martın 11-dən 13-nə, “Qarabağ” – AZAL və “Neftçi” – “Qəbələ” matçları 12-dən 14-nə keçirilib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı