"Bəlkə Messi yaxşı yatmayıb?" - Prosineçki

"Bəlkə Messi yaxşı yatmayıb?" - Prosineçki
ÖLKƏ FUTBOLU 17 Fevral 2017 / 10:37 4828
-  A +

Millimizin baş məşqçisi Robert Prosineçki "Barselona"nın Çempionlar Liqasının 1/8 finalının ilk oyununda PSJ-yə 0:4 hesablı məğlubiyyətini dəyərləndirib.

Qol.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bununla bağlı bildirib:

"Həyat kimi, futbol da gözlənilməz hadisələrlə zəngindir. Futbolda mümkünsüz heç nə yoxdur. "Lester" necə İngiltərə Premyer Liqasının qalibi oldu? Bu, əladır! Avropanın "10-luğ"undakı komandaların daim ÇL-in 1/4 final, yarımfinal və final mərhələsinə yüksəlməsi necə görünərdi? PSJ-nin "Barselona"nı 4:0 hesabı ilə məğlub etməsi maraqlıdır. Təkcə bu deyil. Artıq digər klubların da nəsə etməyə çalışması tendensiya halını alıb. PSJ, doğrudan da, fantastik oynadı, ancaq “Barsa” da pis vəziyyətdə idi. Vaxtilə “Barselona”nın futbolçusu olmağıma baxmayaraq, bu cür nəticələrin qeydə alınmasını yaxşı hal hesab edirəm. “Barselona”sız Çempionlar Liqası mənim üçün darıxdırıcı olmayacaq”.

R.Prosineçki sözügedən matçdakı çıxışına görə tənqid olann Messi haqda da fikirlərini bildirib: "Messi 10 il fantastik səviyyədə oynayıb. Bir gün hər şey alınar, bir gün yox. Burda məntiqsiz olan nə var? Soruşursunuz ki, "Messi harada idi"? Heç bir futbolçu 10 il ərzində bütün oyunları yüksək səviyyədə keçirə bilməz. İnanın mənə. Bir gün onlar pis oynayanda, hər kəs bunu soruşur. Kim bilir, bəlkə Messi oyundan öncə yaxşı yata bilməyib? Bu insan neçə illərdir meydandakı hərəkətləri ilə bizi heyrətləndirir”.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı