Ramos niyə əvəzləndi?

Ramos niyə əvəzləndi?
DÜNYA FUTBOLU 16 Fevral 2017 / 13:13 3796
-  A +

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə oyunun (3:1) ikinci hissəsində kapitan Serxio Ramosu əvəzləməsinin səbəbləri haqda danışıb.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis bildirib ki, Ramos ayağında ağrı hiss etdiyi və sarı vərəqə aldığı üçün onu əvəzləyib: "Ramosun ayağı ağrıyırdı. Bundan əlavə, onun sarı vərəqəsi də var idi. Oyunun gedişində Ramos özünü yaxşı hiss edirdi. Ancaq  risk etmək istəmədik. Çünki oyun olduqca yüksək sürətdə keçirdi".

Qeyd edək ki, Ramosun zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.


Son xəbərlər