Georgi Adamiya və Emin İmaməliyev məşqlərə başladı

Georgi Adamiya və Emin İmaməliyev məşqlərə başladı
PREMYER LİQA 26 Fevral 2010 / 00:15 2828
-  A +

Azərbaycan Kubokunun 1/4 final oyunlarına hazırlığı bərpa edən Ağdamın "Qarabağ" klubu T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda məşqlərini davam etdirir. "Qarabağ" hazırlıq prosesində Azərbaycan milli komandasının heyətinə çağırılmış 9 futbolçusunun xidmətindən istifadə edə bilmir. Bu səbəbdən məşqçilər korpusu əsas komanda ilə məşqlərə əvəzedici heyətin bir sıra futbolçularını cəlb edib.
Qeyd edək ki, "Xəzər Lənkəran"la oyunda zədələnən Emin İmaməliyev fərdi qaçışlara başlayıb. Türkiyədəki təlim-məşq toplanışı zamanı zədələnən Georgi Adamiya isə artıq səhhətini bərpa edib və komanda ilə birgə məşqlərə qatılır. Unibank Premyer Liqasında yaranmış fasilədən istifadə edərək Albaniyaya gedən Admir Teli də artıq Bakıya qayıdıb və komanda yoldaşları ilə birgə məşqlərdə iştirak edir.

Mənbə: pfl.az


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord