İdmançımız Olimpiadada 57-ci oldu

XƏBƏR 25 Fevral 2010 / 23:53 2046
-  A +

Vankuver Qış Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən qadın dağ xizəkçisi Qaya Bassani Antivari nəhəng slalom növündə çıxışlarını başa vurub. İlkin mərhələdə 66-cı yeri tutan İtaliya əsilli idmançı ikinci mərhələdə daha yaxşı nəticə göstərib.
Antivari 68 iştirakçı arasında 57-ci olub. O, iki yürüşün cəmində 2 dəqiqə 56,87 saniyə göstərib. İlkin mərhələni 1 dəqiqə 30,82 saniyəyə dəf edən dağ xizəkçimiz ikinci mərhələdə nisbətən yaxşı çıxış edib - 1 dəqiqə 26,05 saniyə. Olimpiya çempionu adını iki hərəkətin cəmində 2 dəqiqə 27,11 saniyə nəticə göstərən Viktoriya Rebensburq (Almaniya) qazanıb.
Qeyd edək ki, bundan öncə dağ xizəkçiliyinin nəhəng slalom növündə kişi idmançımız Sedrik Nots çıxış edib. O, 72-ci yeri tutub. Antivari fevralın 26-da, Nots isə fevralın 27-də dağ xizəkçiliyinin slalom növündə də çıxış edəcək.

Mənbə: lent.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı