“Fənərbaxça”da aləm bir-birinə dəydi

“Fənərbaxça”da aləm bir-birinə dəydi
DÜNYA FUTBOLU 25 Fevral 2010 / 16:18 2634
-  A +

Ötən həftə Superliqada “Manisaspor”la oyundan sonra “Fənərbaxça”nın paltardəyişmə otağında dava düşməsi barədə xəbərlər yayılıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əmrə Belazoğlu buraxılan qollarda günahkar hesab etdiyi Kristian, Bilica və Santosun üzərinə gedərək, onların üstünə bərk qışqırıb. Daha sonra mübahisəyə kapitan Aleks də qoşulub. Sonda futbolçuları yalnız araya girən baş məşqçi Kristof Daum sakitləşdirməyi bacarıb. Almaniyalı mütəxəssis bu hadisəyə görə mübahisədə iştirak edən oyunçuların hər birinə ciddi xəbərdarlıq edib.


Son xəbərlər