"Qəbələ"yə son dəqiqə şoku, "Qarabağ" uddu

"Qəbələ"yə son dəqiqə şoku, "Qarabağ" uddu
PREMYER LİQA 12 Fevral 2017 / 18:25 15792
-  A +

Bu gün Topaz Premyer Liqada 18-ci tura start verilib.

Qol.az-ın xəbərinə görə, ilk oyun günündə iki görüş keçirilib.

Lider “Qarabağ” Gənəcədə “Kəpəz”in qonağı olub və 1:0 hesabı ilə qalib gələrək bu turda da liderliyini qoruyub. “Kəpəz” isə ardıcıl 5 oyunda məğlub olub.


Digər qarşılaşmada isə “Qarabağ”ın ən yaxın izləyicisi, çempionluq uğrunda yarışan “Qəbələ” “Zirə”nin qonağı olub. Matçın gedişatında Roman Qriqorçukun komandası 10 nəfərlə qalıb. Bununla belə, son dəqiqəyə qədər onlar hesabda irəlidə olublar. Amma matçın son dəqiqəsində “Zirə” qol vuraraq hesabı bərabərləşdirib.

Beləliklə, lider “ Qarabağ”la “Qəbələ” arasında xal fərqi 3-ə qalxıb.


Turun digər iki oyunu sabah keçiriləcək.


12 fevral (bazar)

16:30.“Zirə” - “Qəbələ” - 2:2
Qol:
Daniel Subotiç, 37 (0:1), Viktor İqbekoyi, 54 (1:1), Filip Ozobiç, 88 (1:2), Riçard Qadze, 90+4 (2:2)
Qırmızı vərəqə: Rasim Ramaldanov ("Qəbələ", iki sarı vərəqə), 74
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
Zirə İdman Kompleksinin stadionu

14:30.“Kəpəz” – “Qarabağ” - 0:1
Qol:
Mahir Mədətov, 65
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
Gəncə şəhər stadionu

13 fevral (bazar ertəsi)

15:00.AZAL – “İnter”
Hakimlər:
Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
“AZAL Arena”

17:30.“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
8-ci kilometr qəsəbə stadionu




N Klublar O Q H M T-F X
1 Qarabağ 18 13 3 2 32-8 42
2 Qəbələ 18 11 6 1 36-10 39
3 İnter 17 7 8 2 28-18 29
4 Sumqayıt 17 5 7 5 19-22 22
5 Zirə 18 6 4 8 16-20 22
6 Kəpəz 18 3 6 9 12-22 15
7 Neftçi 17 4 1 12 13-33 13
8 AZAL 17 1 5 11 8-31 8

Bombardirlər:  Filip Ozobiç ("Qəbələ") - 10 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord