“Günahı özümüzdə görməliyik” – Ruslan Əmircanov

“Günahı özümüzdə görməliyik” –  Ruslan Əmircanov
MÜSAHİBƏ 3 Fevral 2017 / 18:20 5495
-  A +

AZAL-ın müdafiəçisi Ruslan Əmircanov Topaz Premyer Liqanın 16-cı turunda “Qarabağ”la oyundan (1:2) sonra Qol.az-ın suallarını cavablandırıb

- Qarşılaşma haqda nə deyə bilərsən?

- Hesabda irəlidə idik. Çalışırdıq ki, müdafiədə səhvlər  etməyək. Çünki "Qarabağ" çox təhlükəli hücumlar edirdi. Cinahlardan irəli atılırdılar ki, cərimə meydançasına ötürmə etsinlər və qollar vursunlar. Düşünürəm ki, elə kobud səhvlər etmədik. Qapımıza cəmi iki zərbə endirdilər ki, onlar da qol oldu.

- Qırmızı vərəqə epizodu oyunun taleyinə necə təsir etdi?

- "Qarabağ" kimi komandaya qarşı azlıqda oynamaq çətindir. Bu, bizə pis təsir etdi. Tounkaranı da qınamaq düzgün deyil. Çünki ayağına baxdıq, ciddi zədə almışdı. Həmin epizodda Tounkara hakimə etirazını bildirdi ki, günahı yoxdur, əksinə, öz ayağı zədələnib. Ancaq hakim onu başqa cür anladı və futbolçumuza sarı vərəqə verdi. Tounkara istəməz ki, komandamız azlıqda qalsın. Biz buna görə onu qınamamalı, ona  dəstək olmalıyıq.

- AZAL hər zaman "Qarabağ"a qarşı ciddi müqavimət göstərə bilib. Amma bu gün bunun o qədər də şahidi olmadıq.Bəlkə, komandanın maaliyyə durumu sizə pis təsir edir...

- Burada söhbət komandanın maddi durumundan getmir. Ötən il də eyni komanda ilə "Qarabağ"ı məğlub edə bilmişdik. Bu gün də bizi çətin oyun gözlədiyini bilirdik. Oyunun gedişi zamanı da özümüzə inam vardı, bilirdik ki, qələbə qazana bilərik. Amma qırmızı vərəqə oyunumuza təsir etdi. Yenə təkrar edirəm ki, günahı qırmızı vərəqə alan futbolçuda yox, özümüzdə görməliyik.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord