Futbolumuzun “Fərid”i – Tarixin şəkli

Futbolumuzun “Fərid”i – Tarixin şəkli
TARİXİN ŞƏKLİ 3 Fevral 2017 / 13:03 10187
-  A +

Gördüyünüz bu şəkildəki komandanın adı “Fərid” idi.

Azərbaycan çempionatının yüksək liqasında cəmi 1 mövsüm (1996/97) oynadı və 7-ci yeri tutdu. Bundan öncə isə birinci divizionda ilk yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazandı. Sonradan klub iqtisadi çətinliklər ucbatından fəaliyyətini dayandırdı. Klub hardasa 2 il fəaliyyət göstərdi.

Buna baxmayaraq, komanda o dövr öz oyunu ilə yaxşı ad çıxarmışdı. Heyəti büsbütün gənclərdən ibarət idi. Baş məşqçi Vaqif Sadıqov o vaxt “Fərid”ə istedadlı gəncləri cəlb etmişdi. Orta yaş həddi 20-23 idi. Sonradan futbolumuzun tanınmış simalarına çevriləcək Cahangir Həsənzadə, Rəfael Əmirbəyov, Zaur İsmayılov, Yalçın Bağırov, Eldəniz Məmmədov, Vasif Haqverdiyev, Abuzər İbrahimov, Elxan Müslümov peşəkar futbolçu karyeralarında ilk addımları “Fərid”də atmışdılar.

Qeyd edək ki, komandaya Azərbaycanın iş adamlarından biri himayədarlıq edirdi. O, oğlunun şərəfinə kluba “Fərid” adı vermişdi. Yeri gəlmişkən, bu şəkildə elə balaca Fərid də yer alıb.


Daha çox


Son xəbərlər