"Gürcülərin "Qarabağ" və "Qəbələ" kimi klubları yoxdur" - Rasim Ramaldanov

"Gürcülərin "Qarabağ" və "Qəbələ" kimi klubları yoxdur" - Rasim Ramaldanov
MÜSAHİBƏ 30 Yanvar 2017 / 13:51 6904
-  A +

"Qəbələ"nin yeni transferi Rasim Ramaldanovun Qol.az saytına müsahibəsi

- Rasim, "Qəbələ"yə keçidin necə alındı?

- Mənə təklif göndərdilər. Heç düşünmədən razılıq verdim. Bir qədər əvvəl müqavilə imzaladım. İndi isə Qəbələyə gedirəm.

- Gürcüstanın "Kolxeti" klubunda yaxşı çxış edirdin, daimi heyət üzvü idin, qollar da vururdun. Niyə vətənə qayıtmağı üstün tutdun?

- "Kolxeti" ilə 6 aylıq müqavilə bağlamışdım. Müqaviləm başa çatdıqdan sonra maaşımın artırılmasını istədim. Onlar da dəqiq bir söz demirdilər. Ancaq yenə məni gözləyirdilər. Gürcüstanın başqa klublarından da təklif var idi. "Qəbələ"nin təklifindən sonra isə son qərarımı verdim.

- Gürcüstanla  Azərbaycan futbolunu necə müqayisə edərdin? Onların çempionatı hansı səviyyədədir?

- Deməzdim ki, Gürcüstan çempionatı bizimkindən zəifdir. Düzdür, onların "Qarabağ" və "Qəbələ" kimi klubları yoxdur. Ancaq bəzi kubları bizimkilərdən güclüdür. Orada yaxşı futbolçular da çıxış edir. Sadəcə, klublar maliyyə baxımından zəifdirlər.

- "Qəbələ"də sənin mövqeyində oynayan güclü mərkəz müdafiəçiləri var. Səni çətin rəqabət gözlədiyini bilirsən?

- Bəli, "Qəbələ"də yaxşı müdafiəçilərin olduğunu bilirəm. Sabit oyunu ilə seçilən legionerlərdi. Komandaya uyğunlaşıblar. Ancaq rəqabətin olmağı yaxşıdır. Heç vaxt bundan qorxmamışam. Tam gücümlə çalışacam ki, "Qəbələ"yə meydanda kömək edim. Komandanın  çempion olması üçün yaxşı şans yaranıb.

- Xeyli müddətdir milliyə dəvət almırsan. "Qəbələ"yə keçidin millinin qapılarını yenidən üzünə aça bilər?

- Təbii ki, "Qəbələ"yə keçidimdə milli komandaya qayıtmaq istəyimin də rolu oldu. Burada oynamaqla yığmaya  dəvət almaq şansım daha da artar. Əsas hədəflərimdən biri də milli komandaya qayıtmaqdır.

- Milli komandamızda mərkəz müdafiəçisinə tez-tez ehtiyac duyulur. Əsasən də Rəşad Sadıqov zədələnəndə. Ancaq Gürcüstanda sabit oynadığın müddət də millimizin baş məşqçisi Robert  Prosineçki sənə dəvət göndərmədi.

- Gürcüstanda oynayanda tam formada idim. Özümü milliyə hazır sayırdım. Baç məşqçidən dəvət  gözləyirdim. Ancaq mənə etimad göstərmədi. Mən həmişə milli komandamıza kömək etməyə hazıram. Baş məşqçinin işinə qarışmaq istəmirəm. Nə vaxt çağırsa, öz üzərimə düşəni edəcəm.

- "Qəbələ"nin "Qarabağ"la çempionluq mübarizəsi haqda nə deyə bilərsən?

- Hamı bilir ki, hazırda Azərbaycanın ən gücül klubları "Qarabağ" və "Qəbələ"dir. "İnter"i də  yaddan çıxarmaq olmaz. Çempion olmaq üçün yaxşı şansımız var. Çox istəsək, buna nail la bilərik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın