"Qəbələ"dən xal itkisi, "İnter"dən qələbə

"Qəbələ"dən xal itkisi, "İnter"dən qələbə
PREMYER LİQA 28 Yanvar 2017 / 19:24 12865
-  A +

Bu gün Topaz Premyer Liqasında 42 günlük fasilə başa çatıb.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib. 

Çempionluğa 2 namizəddən biri olan "Qəbələ" öz meydanında “Sumqayıt”ı sınağa çəkib. Roman Qriqorçukun komandası bu görüşdə gözlənilmədən xal itkisi ilə üzləşib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla belə, "Qəbələ" liderliyə yüksəlib.

Günün ikinci matçı isə “İnter Arena”da keçirilib. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan “İnter” “Kəpəz”lə üz-üzə gəlib və 4:1 hesabı ilə qalib gəlib.


Topaz Premyer Liqası

XIX tur

28 yanvar


17:30. "İnter” - "Kəpəz”  - 4:1
Qollar:
Tural Axundov, 39 (0:1), Nizami Hacıyev, 45+2 (1:1), Fuad Bayramov, 53 (2:1) Abbas Hüseynov 61 (3:1), Rauf Əliyev, 79 (4:1)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena”

15:00. "Qəbələ” - "Sumqayıt” - 1:1
Qol:
Məhəmməd Qurbanov, 53, Vitali Vernidub, 59 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu


29 yanvar

15:00. "Zirə” - AZAL
Hakimlər:
Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu

17:30. "Qarabağ” - "Neftçi”
Hakimlər:
Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena” 


N Klublar O Q H M T-F X
1 Qəbələ 15 9 5 1 31-8 32
2 Qarabağ 14 10 2 2 26-6 32
3 İnter 15 7 7 1 25-13 28
4 Sumqayıt 15 4 6 5 14-19 18
5 Kəpəz 15 3 6 6 11-17 15
6 Zirə 14 4 3 7 11-15 15
7 Neftçi 14 3 0 11 9-30 9
8 AZAL 14 1 5 8 6-25 8

Bombardirlər: Baqali Dabo ("Qəbələ") - 7 qol, Filip Ozobiç ("Qəbələ") - 7 qol

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı