Səmədov Şeydayevin Azərbaycanı seçməsindən danışdı

Səmədov Şeydayevin Azərbaycanı seçməsindən danışdı
XƏBƏR 24 Yanvar 2017 / 13:20 6686
-  A +

Bugünlərdə “Lokomotiv”dən Moskvanın başqa bir klubu - “Spartak”a transfer olunan azərbaycanlı Aleksandr Səmədov növbəti dəfə millimizə dəvət olunması haqda danışıb.

Qol.az-ın xəbərinə görə, “Sport-ekspress”ə müsahibəsində o xatırladıb ki, Azərbaycandan təklif olsa da, qəbul etməyib: “Mən başqa qərar verdim. Çünki dünya və Avropa çempionatlarının final mərhələsində oynamaq istəyirdim. Düzdür, turnirlər bizim üçün uğursuz oldu. Amma o yarışları unutmayacağam. Hətta “Avro-2016”da 20 dəqiqə oynasam belə (Uelslə oyunda – red.), bu, mənim üçün vacib idi”.

Aleksandr Səmədov Ramil Şeydayevin millimizin təklifini qəbul etməsinə də münasibət bildirib: “Bunu normal qarşılaşayıram. Bu, Ramilin üz seçimidir”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı