Prosineçki qərarını açıqladı: gedir, yoxsa qalır?

Prosineçki qərarını açıqladı: gedir, yoxsa qalır?
ÖLKƏ FUTBOLU 24 Yanvar 2017 / 11:09 7315
-  A +

Xorvatiya millisinin baş məşqçisi Robert Prosineçki "Bursaspor"a gedəcəyi iddialara münasibət bildirib.

Qol.az-ın məlumatına görə, o, goal.com-a açıqlamasında qısa müddətdə millimizdən ayrılmağı düşünmədiyini deyib: "Bursaspor"la danışıqlarımız oldu. Ancaq AFFA ilə hələ 1 illik müqaviləm var. Qısa zamanda hər hansı komanda dəyişikliyi etməyəcəm".

Xorvatiyalı mütəxəssis həm Azərbaycan, həm də "Bursaspor"u çalışdırması variantı ilə bağlı suala isə belə cavab verib: "Xeyr. Həm Azərbaycan millisində, həm də "Bursaspor"da eyni anda çalışmağın sağlam fikir olduğunu düşünmürəm. Müqavilənin müddəti bitənə kimi Azərbaycanda olacağam".

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki