Millimizin sabiq üzvü Finlandiya klubunda

Millimizin sabiq üzvü Finlandiya klubunda
XƏBƏR 23 Yanvar 2017 / 17:26 5289
-  A +

19 yaşadək futbolçulardan ibarət  Azərbaycan millisinin sabiq üzvü Cem Fələk karyerasının Finlandiyada davam etdirəcək.

Qol.az-ın Finlandiya mətbuatına istinadən yaydığı xəbərə görə,  20 yaşlı yarımmüdafiəçi “Rovaniemi” klubuna keçib. Onunla  1+1 il müddətində müqavilə  imzalanıb.

Türk əsilli C.Fələk “Ayntraxt” (Frankfurt) klubunun yetirməsidir. O, 2011-2013-cü illər arasında “Ayntraxt” U-17 komandasında oynayıb. 2013-cü ildə isə Cem Fələk “Bohum”a keçib və 2013-14 mövsümündə klubun U-19 komandasında çıxış edib.

Cem Fələk 2012-ci ildə 17 yaşadək futbolçulardan ibarət millimizə çağırılıb və meydana çıхdığı 11 oyunda 5 qol vurub. 2014-cü ildə isə o, 19 yaşadək futbolçulardan ibarət yığmamıza dəvət alıb və komandamızda 3 oyun keçirib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord