"Karyeramı "Barselona"da başa vurmaq istəyirəm" - Arda

"Karyeramı "Barselona"da başa vurmaq istəyirəm" -  Arda
GÜNDƏM 23 Yanvar 2017 / 17:02 3417
-  A +

"Barselona"nın futbolçusu Arda Turan Çin klubuna keçəcəyi haqda yayılan xəbərləri təkzib edib.

Qol.az-ın məlumatına görə, türkiyəli yarımmüdafiəçi İspaniya mətbuatına açıqlamasında Kataloniya klubundan ayrılmaq fikrində olmadığını deyib:

"Mən "Barselona"da xoşbəxtəm. Klubumla müqaviləm 33 yaşımda başa çatacaq. Buna görə də karyeramı "Barselona"da başa vurmaq istəyirəm".

Qeyd edək ki, cari mövsüm Arda “Barsa”nın heyətində meydana çıxdığı 24 oyunda 12 qol vurub.

Daha çox


Son xəbərlər