Vengerə ağır cəza gəlir

Vengerə ağır cəza gəlir
DÜNYA FUTBOLU 23 Yanvar 2017 / 12:48 3819
-  A +

"Arsenal"ın baş məşqçisi Arsen Venger ağır cəza verilə bilər.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə Premyer Liqasının 22-ci turunda "Bernli" ilə oyunun 90+3-cü dəqiqəsində fransalı mütəxəssis futbolçusu Qranit Xakaya qırmızı vərəqə verilməsinə və qapılarına penalti təyin edilməsinə sərt şəkildə etiraz edib. Bundan sonra görüşün baş hakimi Con Moss Vengeri tribunaya göndərib.

Ancaq A.Venger görüşün qalan dəqiqələrini tunelin girişində izləyib və ondan tribunaya getməsini tələb edən 4-cü hakimi itələyib.

İngiltərə mətbuatı fransalı mütəxəssisə bu hərəkətinə görə, ən azı 2 oyunluq cəza veriləcəyini yazıb.

Oyundan sonra A.Venger etdiyi hərəkətə görə peşman olduğunu bildirib.

Qeyd edək ki, "Arsenal" - "Bernli" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki