“Birlik kuboku” ilə bağlı Azərbaycandan yaxşı təklif almışıq” - Vitali Mutko

“Birlik kuboku” ilə bağlı Azərbaycandan yaxşı təklif almışıq” - Vitali Mutko
ÖLKƏ FUTBOLU 23 Yanvar 2017 / 11:42 5267
-  A +

Gələcəkdə klublar arasında “Birlik kuboku” yarışı bərpa oluna bilər.

Qol.az-ın xəbərinə görə, “Sport-weekend” nəşrinə müsahibəsində Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko bu məsələ ilə əlaqədar UEFA-nın yeni prezidenti Aleksader Çeferinlə danışıqlar apardığını bildirib: “Əgər biz klubları həmin yarışa qaytarmaq istəyiriksə, gərək bunu necə edəcəyimizi düşünək. Məsələn, bu yarışı Soçidə keçirmək olar. Bununla bağlı azərbaycanlı həmkarlarımızın yaxşı təklifi var. Mükafat fondunu yüksək etmək olar”.

RFİ prezidenti sonda etiraf edib ki, yarışda gənclərdən ibarət milli komandaların iştirakı uğursuz variant olub.

Qeyd edək ki, keçmiş SSRİ ölkələri çempionlarının iştirakı ilə “Birlik kuboku” yarışı 1993-cü ildən başlayaraq 2011-ci ilə kimi keçirilib. Sonradan klublar tərəfindən yarışa maraq azaldığından turnirə gənclərdən ibarət milli komandalar qatılıb. Ötən il isə RFİ prezidenti bu yarışın bir daha keçirilməyəcəyini açıqlayıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord