"Seçimi Runi edəcək" - Mourinyo

"Seçimi Runi edəcək" - Mourinyo
DÜNYA FUTBOLU 23 Yanvar 2017 / 10:54 3821
-  A +

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo futbolçusu Ueyn Runinin Çində oynayacağı iddialarına münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, seçimin ingilis hücumçunun özündən asılı olduğunu deyib:

"Çində oynamaq istəyənləri tənqid etmirəm. Çünki orda futbolçulara çox pul verirlər. Bu, fərqli təcrübə ola bilər. Seçimi özü edəcək. Runi həm "Mançester Yunayted"ə, həm də digər klublara faydalı ola biləcək oyunçudur".

Qeyd edək ki, Çin klublarından birindən Runiyə həftəsinə 1 milyon funt sterlinq qazanacağı təklif göndərildiyi iddia edilir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord