“Mançester Siti” Aquero ilə müqaviləni uzadıb

“Mançester Siti” Aquero ilə müqaviləni uzadıb
DÜNYA FUTBOLU 21 Yanvar 2017 / 17:03 2150
-  A +

“Mançester Siti” baş məşqçisi Xosep Qvardiola hücumçuları Serxio Aqueronu satacaqları ilə bağlı xəbərləri təkzib edib.

Qol.az-ın goal.com-a istinadən yaydığı xəbərə görə,  o, argentinalı futbolçu ilə müqavilənin müddətini uzatdıqlarını, lakin bunun rəsmi şəkildə açıqlanmadığını söyləyib. Ehtimal edilir ki, müqavilənin müddəti ötən il (2019-cu ilin yayından 2020-ci ilin yayına kimi) artırılıb: “Serxio istədiyi qədər burada qala biləcək. Ona ehtiyacımız var”.

Qeyd edək ki, bu mövsüm 15 oyuna 11 qol vuran 28 yaşlı oyunçunun “Real”a keçəcəyi barədə məlumatlar yayılmışdı.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın