Kaliniçdən transferi ilə bağlı yekun qərar – rəsmi

Kaliniçdən transferi ilə bağlı yekun qərar  – rəsmi
DÜNYA FUTBOLU 21 Yanvar 2017 / 13:26 3970
-  A +

“Fiorentina”nın hücumçusu Nikola Kaliniç Çin klublarından birindən aldığı təkliflə bağlı yekun qərarını verib.

Qol.az-ın xəbərinə görə, Florensiya klubunun rəsmi saytına açıqlamasında o, “Fiorentina”dan getməyəcəyini bəyan edib: “Hamı istəyirdi ki, Çinə gedim. Amma mən burada qalıram”.

İtailiya klubu 29 yaşlı xorvat futbolçunun bu qərarından razı qaldığını və onun transferi ilə əlaqədar Çindən kiminləsə danışıqlar aparmadığını açıqlayıb.

Qeyd edək ki, İtaliya mətbuatı “Tyantzin Syuantszyan” klubunun Kaliniçin özünə 48 milyon avro (4 illik illik müqavilə üçün), “Fiorentina”ya isə təzminat olaraq 40 milyon avro təklif etdiyi bildirilirdi.


Son xəbərlər