Millimiz 9-cu oldu

Millimiz 9-cu oldu
ÖLKƏ FUTBOLU 20 Yanvar 2017 / 22:08 4613
-  A +

19 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq turnirdə son oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, yığmamız 9-cu yer uğrunda görüşdə Belarusla qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan millimiz 5:4 hesabı ilə qalib gəlib.

Bununla da Təbriz Həsənovun komandası turniri 9-cu pillədə başa vurub.

Qeyd edək ki, millimiz bu pillə uğrunda mübarizədə ilk olaraq İrana 1:0, ardınca Estoniyaya 3:0 hesabı ilə qalib gəlib.

 

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

9-cu yer uğrunda oyun

20 yanvar

20:00 Belarus U-19 - Azərbaycan U-19- 1:1 (penaltilər seriyası - 4:5)
Qollar:
Nikita Bılinkin, 76 (1:0) Rafael Məhərrəmli, 90+3 (1:1)

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord