“Qəbələ” heç-heçə etdi

“Qəbələ” heç-heçə etdi
ÖLKƏ FUTBOLU 19 Yanvar 2017 / 19:57 4184
-  A +

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qəbələ" bu gün təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, Roman Qriqorçukun komandası Qazaxıstanın "Ordabaşı" klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, "Qəbələ" buna qədər Albaniyanın “Partizani” klubuna məğlub olub (1:2), Rumıniya təmsilçisi “Qaz Metan”a isə 1:0 hesabı ilə qalib gəlib. "Qırmızı-qaralar"ın sonuncu yoxlama oyunu isə yanvarın 23-də "Şkendiya"ya (Makedoniya) qarşı olacaq.
Yoxlama oyunu


Yoxlama oyunu

18:00.“Qəbələ” – “Ordabaşı” (Qazaxıstan) - 0:0

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"