Azərbaycanlı olimpiya çempionu əsgərliyə getdi

Azərbaycanlı olimpiya çempionu əsgərliyə getdi
XƏBƏR 19 Yanvar 2017 / 13:11 5399
-  A +

Qazaxıstan yığmasının azərbaycanlı ağırlıqqaldıranı Nicat Rəhimov hərbi xidmətə yollanıb.

Qol.az-ın məlumatına görə, 24 yaşlı idmançı Qazaxıstan ordusunda xidmət edir. O, hərbi qulluqda olsa da, məşqlərini davam etdirəcək.

Millimizdən imtina edən Olimpiya çempionu Qazaxıstan ordusunun formasını geyinməsi ilə fəxr etdiyini bildirib: “Hər bir insan vətəninə xidmət etməlidir. Ordu hər bir kişinin keçməli olduğu məktəbdir. Mən hər bir zaman hərbi formanı geyinməyə hazıram və bununla qürur duyuram”.

Qeyd edək ki, 2014-cü ildən Qazaxıstan vətəndaşlığını qəbul edən və bu ölkəni təmsil edən Nicat Rəhimov Rio-2016-nın qalibidir.



Son xəbərlər