"Neftçi" Antalyadan qələbəsiz qayıdır

"Neftçi" Antalyadan qələbəsiz qayıdır
XƏBƏR 19 Yanvar 2017 / 20:10 3985
-  A +

Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışını davam etdirən "Neftçi" bu gün sonuncu yoxlama görüşünü keçirib.

Qol.az-ın məlumatına görə, rəqib Rumıniyanın "Konkordiya” klubu olub. Oyun1:1 hesabı ilə başa çatıb. Bakı klubunun yeganə qolunu  67-ci dəqiqədə Cavid İmamverdiyev vurub.

Qeyd edək ki, “Neftçi” Antalyada keçirdiyi əvvəlki yoxlama matlarında Türkiyənin “Sivasspor” (0:0) və Rusiyanın “Tosno” klubu (2:2) ilə heç-heçə edib, Özbəkistan təmsilçisi “Nasaf” (0:1) və Albaniyanın “Kukesi” klubuna (2:4) isə məğlub olub.

Yoxlama oyunu

18:00. "Neftçi" - "Konkordiya" - 1:1


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord