Depay "Lion"un düşərgəsində

Depay "Lion"un düşərgəsində
DÜNYA FUTBOLU 19 Yanvar 2017 / 12:24 3104
-  A +

"Mançester Yunayted"in futbolçusu Memfis Depay "Lion"a keçmək üzrədir.

Qol.az-ın Fransa klubunun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi  "Lion"un düşərgəsinə gedib. Burada müqavilənin şərtləri ilə bağlı müzakirələr aparılacaq.
 
M.Depay yaxın vaxtlarda Fransa klubu ilə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, M.Depay bu mövsüm "MY" ilə cəmi 134 dəqiqə meydanda olub.


Son xəbərlər