"Sumqayıt" uduzdu

"Sumqayıt" uduzdu
XƏBƏR 19 Yanvar 2017 / 19:41 2619
-  A +

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" qonşu ölkədə bu gün sonuncu yoxlama oyununa çıxıb.

Qol.az-n məlumatına görə, Samir Abasovun komandası Qazaxıstan təmsilçisi "Atırau" ilə qarşılaşıb.  Bu matçda "Sumqayıt" 1:2 hesabı ilə uduzub. Komandanın yeganə qolunu Məhəmməd Qurbanov 33-cü dəqiqədə penaltidən vurub.

"Atırau" hazırda yerli çempionatda 8-ci pillədə qərarlaşıb.

"Sumqayıt" Antalyadakı ilk yoxlama görüşündə Albaniyanın "Skenderbeu" klubuna 1:3 hesabı ilə uduzub. Ardınca Özbəkistan "Nasaf"ı ilə qüvvəsini sınayan  komanda  0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Sumqayıt"ın Türkiyə toplanışı sabah başa çatacaq.

Yoxlama oyunu

17:00. "Sumqayıt" - "Atırau" - 1:2

Daha çox


Son xəbərlər