"İnter"dən qələbə

"İnter"dən qələbə
ÖLKƏ FUTBOLU 19 Yanvar 2017 / 20:41 2893
-  A +

Türkiyənin Antalya bölgəsində qış təlim-məşq toplanışını davam etdirən Bakının "İnter" klubu bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Zaur Svanadzenin komandası Tacikistan "İstiqlol"u ilə üz-üzə gəlib. Bu görüşdə "İnter" 2:1 hesabı ilə qalib gəlib. Paytaxt klubunun heyətində Mirhüseyn Seyidov və Pərdis Fərcad-Azad fərqləniblər.

Qeyd edək ki, "İnter" Antalyada keçirdiyi iki yoxlama matçında da heç-heçə edib. İlk olaraq Qazaxıstanın "Ordabası" klubu ilə qolsuz bərabərə qalan komanda ardınca Rumıniya "Botoşani"si ilə sülh bağlayıb - 1:1.

Yoxlama oyunu

19 yanvar

"İnter" - "İstiqlol" -2:1

Daha çox


Son xəbərlər