"Yaxşı qol vurduq" - Svanadze

"Yaxşı qol vurduq" -  Svanadze
XƏBƏR 19 Yanvar 2017 / 00:10 1996
-  A +

“Bu gün güclü rəqibə qarşı yaxşı oyun keçirdik. Rəqib sürətli oynayırdı, birinci hissədə bizə bir az çətin oldu”.

Qol.az-ın məlumatına görə, bu sözləri Bakı “İnter”inin baş məşqçisi Zaur Svanadze deyib. Gürcüstanlı mütəxəssis Antalya toplanışı çərçivəsində  Rumıniyanın “Botoşani” klubu ilə keçirilən yoxlama oyununu (1:1) şərh edib:

“Komanda istədiklərini həyat keçirə bilmədi. Lakin ikinci hissədə artırmağa və sürətli oynamağa başladıq. Oyun sərt keçdi.  Hər iki komandanın qapısı qarşısında qol vəziyyətləri yarandı. Yaxşı qol vurduq, lakin təəssüf ki, “rikoşet”dən qol buraxdıq. Ümumilikdə yaxşı oyun alındı, komandadan razı qaldım”.

Daha çox


Son xəbərlər