"Hər şey gözlənildiyi kimi normaldır" - Şahin Diniyev

"Hər şey gözlənildiyi kimi normaldır" - Şahin Diniyev
XƏBƏR 18 Yanvar 2017 / 21:55 2017
-  A +

"Kəpəz”in baş məşqçisi Şahin Diniyev Bakıda davam edən təlim-məşq toplanışını dəyərləndirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 51 yaşlı mütəxəssis yanvarın 11-dən başlanan hazırlıqların plan üzrə davam etdiyini bildirib:
 
"Hər şey gözlənildiyi kimi normaldır. Futbolçular da məşq proseslərinə ciddi yanaşırlar. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Artıq dünən 2 fərqli heyətlə 2 matç keçirdik. Komanda sınaq görüşlərinə yorğunluq fonunda çıxmışdı. Uşaqlar oyun günü də məşq etmişdilər. İndi kollektivin fiziki hazırlığının yüksəldilməsi yönündə işləyirik. Gələn həftədən daha çox toplu çalışmalara üstünlük verib, taktiki-texniki yöndə hazırlaşacağıq. Bizə 90 dəqiqə futbolçuların dayanmadan qaçması, hərəkət etməsi lazim idi, onlar da verilən tapşırıqları yerinə yetirdilər”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın