Filip Lam da yayda gedir

Filip Lam da yayda gedir
XƏBƏR 18 Yanvar 2017 / 18:30 3295
-  A +

"Bavariya”nın kapitanı Filip Lam yayda futbolçu karyerasını başa vuracaq.

Qol.az-ın məlumatına görə, bu barədə almaniyalı futbolçu özü yerli mətbuata açıqlama verib.
Onun “Bavariya”nın idman direktoru olacağı gözlənilir.

Qeyd edək ki, 33 yaşlı müdafiəçi Münhen klubunun yetirməsidir. Almaniya millisinin sabiq üzvü indiyədən “Bavariya”dan başqa heç bir klubda çıxış etməyib.

Xatırladaq ki, "Bavariya"nın digər futbolçusu Xavi Alonso da yayda karyerasını başa vuracağını açıqlayıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı