Şeydayevin komandası aşağı liqa klubu ilə bacarmadı

Şeydayevin komandası aşağı liqa klubu ilə bacarmadı
XƏBƏR 18 Yanvar 2017 / 17:15 3331
-  A +

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi  “Trabzonspor”  bu gün Türkiyə kubokunun qrup mərhələsində  növbəti oyununa çıxıb.

Qol.az-ın xəbərinə görə, qaradənizlilər səfərdə 2-ci liqa təmsilçisi “Gümüşhanespor”un qonağı olub.

Oyunda qapılara qol vurulmayıb. Şeydayevin adı “18-lik”də yer alsa da, baş məşqçi ona yenə şans verməyib.

Qeyd edək ki, bu xal itkisi "Trabzonspor"un işini çətinə salıb. Komanda  qrupdan çıxmaq üçün sonuncu turda lider "Konyaspor"u mütləq məğlub etməlidir.

Son xəbərlər