“Qəbələ” ilə çempion olsam, Xorvatiya millisinə yenə dəvət alaram”

“Qəbələ” ilə çempion olsam, Xorvatiya millisinə yenə dəvət alaram”
XƏBƏR 18 Yanvar 2017 / 16:30 2738
-  A +

"İlk dəfə mənə zəng edib, milliyə dəvət aldığımı dedilər. Buna çox sevindim və dərhal evə zəng etdim. Xoş xəbəri çatdırdım”.

Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç deyib. İlk dəfə Xorvatiya millisinə dəvət alan yarımmüdafiəçi klubun televiziyasına təəssüratlarını bölüşüb:

“Mən həyatım boyu bunun üçün çalışmışdım. Ordakı əksər futbolçuları aşağı yaş qruplarından tanıyıram. Sonra baş məşqçi məni təbrik edib, rahat oynamaq lazım olduğunu dedi. Orada biz bir dost idik - ailə kimi. Ümid edirəm ki, növbəti dəfə milliyə dəvət alacam. Biz Çində  yaxşı turnirdə iştirak etdik. İki matçı da penaltilərdə uduzduq. Amma yaxşı oynadığımızı düşünürəm".

Ozobiç millidə yaxşı oynadığını düşünür: "İlk oyunda əvvəl çox gərgin idim. Matçın gedişində sakitləşdim və rahat oynamağa başladım. Bizim oyuna qədər bir məşqimiz olmuşdu. Ona görə də matça 100 faiz hazır deyildik. Mən, sadəcə, yaxşı oynadığımı düşünürəm. Birinci oyunu məncə, yaxşı keçirdim. 60 dəqiqə meydanda oldum. Məşqçi bütün komandanın yaxşı oynadığını dedi. Təəssüf ki, finala çıxa bilmədik. Onlar oyuna daha yaxşı hazırlaşmışdılar. Məşqçimiz millidə oynamayan futbolçuların ilk oyununu gördü. Bəlkə də heyətdən marta keçiriləcək seçmə mərhələ oyununa dəvət edəcəklər. Kimisə dəvət etsələr, onun millidə qalmaq şansı olacaq. Mən də gələn oyuna dəvət alacağıma ümid edirəm. Bilmirəm, bu realdı, yoxsa yox, sadəcə, "Qəbələ"də yaxşı oynamalıyam. Ölkə çempionu olmaq istəyirəm, onda yəqin, məni dəvət edərlər. İndi mənim üçün "Qəbələ" və çempion olmaq vacibdir. Düşünürəm ki, bizdə yenə hər şey yaxşıdır. Ümid edirəm ki, çempionata yaxşı hazırlaşacağıq və çempion olacağıq".


Son xəbərlər