“Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır”

“Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır”
ÖLKƏ FUTBOLU 18 Yanvar 2017 / 14:08 6550
-  A +

“Bizimlə azarkeşlərimiz arasında heç bir komandada olmayacaq qədər bir bağlılıq var. Sağ olsunlar azarkeşlərimiz, bizi heç vaxt yalnız buraxmırlar”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib. O bildirib ki, hətta məğlub olanda belə, azarkeşləri onlardan üz çevirmirlər.

“Onlar Qarabağ adının ən azı meydanda yaşatmağımıza yardımçı olurlar. Avropa kuboklarında isə bütün Azərbaycan bizi dəstəkləyir. Bu mövsüm Çempionlar Liqasının seçmə mərhələsində Azərbaycan və Türkiyə bayraqları daim yanaşı oldu. Bu, oyunçularımıza da böyük motivasiya verir. Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır və böyük coşqu ilə dəstəkləyir” – deyə Q.Qurbanov bildirib.

Qurban Qurbanov onu da deyib ki, Ağdamın işğalı səbəbəndən "Qarabağ" oyunlarını paytaxt Bakıda keçirməli olur: "Avrokuboklarda oynasaq da, rəqibləri öz meydanımızda qəbul edə bilmirik. Hazırda  bu imkansız görünür, amma ümidimizi itirmirik. Prezidentimiz torpaqlarımızın geri qayıtması üçün çox çalışır. İnşallah, yaxın vaxtlarda torpaqlarımıza qayıdarıq".

O deyib ki, bu mövsüm üçün komandasının hədəfi dalbadal dördüncü dəfə Azərbaycan çempionu olmaqdır: "Sonra Çempionlar Liqasının qrupuna düşərək futbolumuzda bir ilə imza atmaq istəyirik".

Daha çox


Son xəbərlər