Messidən Premyer Liqa açıqlaması

Messidən Premyer Liqa açıqlaması
XƏBƏR 18 Yanvar 2017 / 12:19 4839
-  A +

“Barselona”nın hücumşusu Lionel Messi İngiltərə Premyer Liqasında oynayacağı barədə yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, o, Britaniyanın “Coach” nəşrinə müsahibəsində bununla bağlı suala belə cavab verib:“Həmişə demişəm ki, “Barselona” mənə hər şeyi verib. Və klub nə qədər istəsə, burada oynayacağam”.

Qeyd edək ki, İspaniya mətbuatı “Barselona”nın Messiyə yeni müqavilə təklif etməyə hazırlaşdığını yazıb. Onun Kataloniya klubu ilə hazirkı müqaviləsinin müddəti 2018-ci ilin yayında başa çatır.

Daha çox


Son xəbərlər