“Liverpul” Berardini transfer etmək istəyir

“Liverpul” Berardini transfer etmək istəyir
XƏBƏR 18 Yanvar 2017 / 02:15 3116
-  A +

“Liverpul”un növbəti transfer hədəfi müəyyənləşib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “qırmızılar” “Sassuolo”nun hücumçusu Domeniko Berardini heyətinə qatmaq istəyir.

Lakin “Liverpul”un istəyini həyata keçirməsi heç də asan deyil. Belə ki, Berardi ilə “Yuventus” və “İnter” də yaxından maraqlanır.  

22 yaşlı futbolçunun “Sassuolo” ilə müqaviləsi 2019-cu ilin yayında başa çatır.

Cari mövsümdən zədə səbəbindən cəmi 8 oyuna çıxan Berardi 7 qol vurub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın