“Estoniya bütün oyunu müdafiədə keçirdi” - Təbriz Həsənov

“Estoniya bütün oyunu müdafiədə keçirdi” -  Təbriz Həsənov
ÖLKƏ FUTBOLU 18 Yanvar 2017 / 00:14 1802
-  A +

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 9-13-cü yerlər uğrunda görüşdə Estoniyanı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.

Qol.az-ın məlumatına görə, yığmamızın çalışdırıcısı rəqibin bütün oyunu müdafiədən çıxış etdiyini söyləyib:

“Böyükhesablı qələbə qazanmaq xoşdur. Estoniya yığması bütün oyunu müdafiədə keçrdi. Beşinci oyundur ki, rəqiblərimiz belə oynayır. Bu, bizim üçün yaxşıdır. Çünki müdafiə olunan komandalara qarşı oynamaq təcrübəsi qazanırıq.

Artıq 9-cu yer uğrunda həlledici oyuna hazırlaşacağıq. Bizim üçün tutacağımız yer vacib deyil. Əsas qələbə seriyasını davam etdirməkdir.

Pilağa Mehdiyev bir daha belə qol vursa, sevinərəm. Ancaq belə qollar nadir hallarda vurulur. Onun zərbəsi əla alındı. Özü də bu qolun matçın əvvəlində vurulması lap yaxşı oldu. Bu halda daha rahat oynadıq. Hesabda önə keçdikdən sonra rəqibin hücum edəcəyini düşünürdük. Estoniya yığması isə 0:2 uduzarkən də müdafiədə oturmuşdu”.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki