Millimiz Estoniyaya qalib gəldi

Millimiz Estoniyaya qalib gəldi
ÖLKƏ FUTBOLU 17 Yanvar 2017 / 21:54 2701
-  A +

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Təbriz Həsənovun komandası 9-12-ci yerlər uğrunda mərhələdə ilk matçında Estoniya ilə üz-üzə gəlib. Bu görüşdə millimiz 3:0 hesabı ilə qalib gəlib.

Bununla da yığmamız 9-10-cu yerlər uğrunda görüş keçirmək imkanı qazanıb.

Valentin Qranatkinin xatirəsinə həsr olunan XXIX beynəlxalq turnir

9-12-ci yerlər uğrunda oyun

17 yanvar

Azərbaycan - Estoniya - 3:0
Qollar
: Pilağa Mehdiyev, 4, Doğukan Öksüz, 42, İbrahim Əliyev, 87

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı