"Ağ-göy" formanı geyinsələr, o komandada oynayaram" - Aqolli

"Ağ-göy" formanı geyinsələr, o komandada oynayaram" -  Aqolli
ÖLKƏ FUTBOLU 17 Yanvar 2017 / 14:57 6499
-  A +

“Ardian Takayin bu cəlbedici təklifindən heç kim imtina etməzdi. Amma problem ondadır ki,  “Skenderbeu” “ağ-göy” rəngli formada  oynamır”.

Qol.az-ın  məlumatına görə, bu sözləri “Qarabağ” futbolçusu Ansiq Aqolli deyib.

"Qarabağ"ın Antalyada "Skenderbeu" ilə yoxlama oyunundan sonra Albaniya klubunun prezidenti Adrian Takay Aqollinin oyununu bəyəndiklərini və onu transfer etmək istədiklərini açıqlayıb.

Albaniya millisinin üzvü isə bu təklifə zarafatla cavab verib: “Albaniyada yalnız  “Tirana”nın “ağ-göy” formasında çıxış etmişəm. Əgər “Skenderbeu” da “ağ-göy” rəngli formada oynasa,  bu kluba keçərəm. Zarafat bir yana,  Takay və "Skenderbeu"nun bütün  əməkdaşlarına böyük hörmətim var. Onlar Albaniyada klub idarəçiliyində əsl nümunədir. Bu klubun nəticələri də onların əməyidir. Onlara uğurlar arzulayıram”.

Qeyd edək ki, “Tirana”nın yetriməsi olan 33 yaşlı Aqolli 2010-cu ildən  “Qarabağ”da çıxış edir.

Daha çox


Son xəbərlər