Maşallah Əhmədovun məhkəməsi təxirə salındı

Maşallah Əhmədovun məhkəməsi təxirə salındı
XƏBƏR 17 Yanvar 2017 / 12:48 972
-  A +

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə davam etdirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, buna səbəb hakim Mirzə Xankişiyevin məhkəməyə gəlməməsi olub.

Belə ki, hakim M.Xankişiyevin səhhətində problem olduğu üçün məhkəməyə gəlməyib və onun bu günə təyin edilmiş bütün prosesləri qeryri-müəyyən günədək təxirə salınıb.

 Xatırladaq ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı