"Mançester Siti"dən Messi üçün 100 milyon funt sterlinq

"Mançester Siti"dən Messi üçün 100 milyon funt sterlinq
XƏBƏR 17 Yanvar 2017 / 12:29 3741
-  A +

"Mançester Siti" "Barselona"nın futbolçusu Lionel Messini transfer etmək istəyir.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, bununla bağlı İngiltərə klubu Kataloniya təmsilçisi ilə ötən aydan danışıqlara başlayıb. "Mançester Siti"nin bu transfer üçün "Barsa"ya 100 milyon funt sterliq ödəməyə hazır olduğu bildirilib.

L.Messi "Mançester Siti"yə keçməyə razı olacağı təqdirdə, həftəsinə 800 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, L.Messi "Barselona" ilə 2018-ci ildə başa çatacaq müqavilənin müddətini hələ yeniləməyib.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı