"Qarabağ"da yaxşı illərim keçib" - Namiq Ələsgərov

"Qarabağ"da yaxşı illərim keçib" - Namiq Ələsgərov
GÜNDƏM 17 Yanvar 2017 / 11:05 2831
-  A +

"Təlim-məşq toplanışı yaxşı keçir. Hər şey yaxşıdır. Məşqlərimiz əsasən fizik hazırlıqlar üzrə keçir. Üç yoxlama matçı oynamışıq. Bunlardan ikisində məğlub olmuşuq, birində heç-heçə etmişik. Bu oyunların heç birini pis oynamamışıq. Komandada yorğunluq var. Çünki məşqlər ağır keçir. Bu da oyundakı nəticələrə də təsir edir. Amma bu, bizim xeyrimizədir. İnanıram ki, çempionatda oyunumuza daha yaxşı təsirini göstərəcək. Mövsümün ikinci yarısınadək tam hazır olarıq".


Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Namiq Ələsgərov klubun televiziya kanalına açıqlamasında eyib.

O, qış transferlərindən sonra komandada hər şeyin yaxşılığa doğru dəyişdiyini bildirib: "Yenilərin hər biri yaxşı oyunçulardır. Biz də çempionata tam hazır olmaq üçün çalışırıq. İnanırıq ki, buna nail olacağıq".

N.Ələsgərov sabiq klubu "Qarabağ" haqda da danışıb: "Orada çox yaxşı illərim keçib. İki ilədək çıxış etdiyim "Qarabağ" da mənə doğma olan komandadır. Amma hazırda "Neftçi"nin şərəfini qoruyuram. "Neftçi" üçün əlimdən gələn hər şeyi edəcəm"

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord