Rəşaddan alqışlanacaq addım

Rəşaddan alqışlanacaq addım
ÖLKƏ FUTBOLU 16 Yanvar 2017 / 18:48 15921
-  A +

Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov növbəti dəfə alqışalayiq addım atıb.

Qol.az-ın xəbərinə görə, o, ATV kanalında yayımlanan “Bizimləsən” verilişində iştirak edən atası və anası tərəfindən atılmış bir uşağı sevindirib.

Böyrək xəstəliyindən əziyyət çəkən oğlan uşağı ötən verilişlərin birində Rəşad Sadıqovun fanatı olduğunu və onunla görüşmək istədiyini deyib.

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın kapitanı isə bu gün “Bizimləsən” verilişi ilə əlaqə saxlayıb. Canl efirə qoşulan Sadıqov azyaşlıya dəstək olub və  Bakıya qayıtdıqdan sonra  - yanvarın 24-də onunla görüşəcəyini deyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın