Futzal millimizin baş məşqçisi istefa verdi

Futzal millimizin baş məşqçisi istefa verdi
GÜNDƏM 16 Yanvar 2017 / 15:43 2757
-  A +

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Ziller Junior Milton Luiz vəzifəsindən ayrılıb.
 
Qol.az-ın xəbərinə görə, o, ailə vəziyyəti ilə əlaqədar AFFA rəhbərliyindən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib.  
 
AFFA rəhbərliyi baş məşqçinin xahişini nəzərə alaraq, ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mənbə: affa.az
 

Daha çox


Son xəbərlər